5 may 2019, 10:00


Marafona hazırlıq vaxt, intizam və öhdəlik tələb edir. Saytda mütəxəssislərin məşq üçün bəzi məsləhətləri var. Unutmayın, sizin finiş xəttinə nə qədər tez çatacağınız deyil, zədələnməməyiniz və yarışdan zövq almağınız daha vacibdir.  

Yeni başlayan, orta səviyyəli və təcrübəli qaçışçılar üçün müxtəlif məşq planları var. Tibbi idman mütəxəssisi sizə uyğun olan xüsusi məşq planı hazırlamağa kömək edə bilər. “Bakı Marafonu - 2019”un rəsmi feysbuk səhifəsini izləməklə marafon gününə tam və peşəkar səviyyədə hazırlaşa bilərsiniz.



  • START

    Dövlət Bayrağı Meydanı

  • FİNİŞ

    Bakı Olimpiya Stadionu

  • MƏSAFƏ

    21 kilometr

  • AVTOBUS DAYANACAĞI

    İştirakçıları aparılması üçün

  • SU

    Marşrut boyu

  • TİBBİ YARDIM

    Marşrut boyu

  • SANİTAR QOVŞAĞI

    Marşrut boyu kabinkalar

  • QİDA

    Meyvə və məzələr

"Bakı Marafonu - 2019" maarfonçuları hədiyyələrlə sevindirəcək

19 Apr 2019 Xəbərlər

“Bakı Marafonu-2019”un mükafatlandırması bir neçə kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Qeydiyyat prosesi başlayandan, martın 4-dən mayın 1-dək marafonda yalnız fiziki şəxs kimi 20 AZN ödəniş etməklə qeydiyyatdan keçənlər arasında lotereya təşkil ediləcək və şanslı 2 nəfərə hava daşınması üzrə “Bakı Marafonu-2019”un rəsmi tərəfdaşlarından olan Türk Hava Yolları tərəfindən istənilən Avropa ölkəsinə pulsuz gediş-dönüş bileti hədiyyə olunacaq. Lotereyanın qalibi mayın 2-də “Bakı Marafonu – 2019”un rəsmi feysbuk səhifəsində (https://www.facebook.com/bakumarathon/) canlı yayımlanacaq təsadüfi seçim əsasında müəyyən olunacaq. Qeyd edək ki, iştirakçılar gediş və dönüş arasındakı vaxt intervalını (mükafat yalnız 1 il ərzində keçərlidir) özləri təyin edə bilərlər. Eyni zamanda, viza müraciəti və digər xərclər qaliblərin özləri tərəfindən qarşılanmalıdır.

Hər il marafonda qeydiyyatdan keçən iştirakçıların böyük hissəsinin tələbələr olduğunu nəzərə olaraq, bu il Təşkilat Komitəsi onlar üçün də xüsusi mükafat təsis edib. Belə ki, finiş xəttini ilk keçən tələbələr (qadın və kişi kateqoriyası üzrə) Parisdə, Disneylənddə unudulmaz tətil yaşayacaqlar. 

Ətraflı Oxu

Marafonda qeydiyyatdan keçin, şirkətinizi İstanbul Marafonunda təmsil edin

19 Apr 2019 Xəbərlər
Ayrı-ayrı şirkətləri sağlam həyat tərzini dəstəkləməyə çağıran “Bakı Marafonu – 2019” korporativ iştirakçıları da unutmayıb. Belə ki, finiş xəttini ilk keçən korporativ iştirakçılar (qadın və kişi kateqoriyası üzrə) şirkətlərini İstanbul Marafonunda təmsil edəcəklər. Türk Hava Yolları tərəfindən təqdim olunacaq mükafat paketinə - gediş-dönüş bileti, İstanbul Marafonuna qeydiyyat daxildir. Digər xərclər isə qaliblərin özləri tərəfindən qarşılanmalıdır. 
Ətraflı Oxu

Marafonda qeydiyyatdan keçin, Disneylənddə unudulmaz tətil yaşayın!

19 Apr 2019 Xəbərlər
Hər il marafonda qeydiyyatdan keçən iştirakçıların böyük hissəsinin tələbələr olduğunu nəzərə olaraq, bu il Təşkilat Komitəsi onlar üçün də xüsusi mükafat təsis edib. Belə ki, finiş xəttini ilk keçən tələbələr (qadın və kişi kateqoriyası üzrə) Parisdə, Disneylənddə unudulmaz tətil yaşayacaqlar. “Azercell”in “GəncOl” paketi adından təqdim olunacaq mükafata 5 günlük səyahət, oteldə qalma xərcləri, eləcə də Disneyləndə giriş daxildir. Türk Hava Yolları isə qaliblərə gediş-dönüş biletini hədiyyə edəcək. Viza üçün müraciət və digər xərclər iştirakçıların özləri tərəfindən qarşılanmalıdır.  
Ətraflı Oxu

Marafonda qeydiyyatdan keçin, Avropaya pulsuz bilet qazanın!

19 Apr 2019 Xəbərlər

Qeydiyyat prosesi başlayandan, martın 4-dən mayın 1-dək marafonda yalnız fiziki şəxs kimi 20 AZN ödəniş etməklə qeydiyyatdan keçənlər arasında lotereya təşkil ediləcək və şanslı 2 nəfərə hava daşınması üzrə “Bakı Marafonu-2019”un rəsmi tərəfdaşlarından olan Türk Hava Yolları tərəfindən istənilən Avropa ölkəsinə pulsuz gediş-dönüş bileti hədiyyə olunacaq. 
Ətraflı Oxu

Bakı Marafonu - 2018

17 May 2018 Foto
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar