"Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir

“Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir. Bu dəfə marafon icraçıları və tərəfdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində, ardınca Azərbaycan Texniki Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 250-dən çox tələbə iştirak edib.

Tədbirdə Bakı Marafonunun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi, hədiyyələr, marşrut barəsində tədbir iştirakçılarına geniş məlumat verilib.

"Baku Marathon Club"ın təsisçisi Firdovsi Kərimov marafona hazırlıq mərhələsi və hər həftə keçirilən təlimlər barəsində danışıb.  Qeyd edək ki, açıq hava məşqləri hər həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri baş tutur. Məşqlər ödənişsizdir və hər kəs dəvətlidir! 

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb. 

Xatırladaq ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu - 2018” 13 may saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə üçüncü dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Marafonun eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkətidir. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” başlayır

01 Mar 2019 Press-relizlər
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Ətraflı Oxu

Bakı Marafonu - 2018

17 May 2018 Foto
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
Ətraflı Oxu

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib

15 May 2018 Press-relizlər
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar