“Bakı Marafonu 2017” Azərbaycan Dövlət İqtisad Universitetinin qonağı oldu

“Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları martın 2-də Azərbaycan Dövlət Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Universitetin akt zalında baş tutan görüşdə 500-dən çox tələbə iştirak edib.

Tədbirdə Bakı Marafonunun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi, hədiyyələr, marşrut barəsində tədbir iştirakçılarına geniş məlumat verilib.

Marafonun sponsorlarından olan “AzerTürkBank”ın nümayəndəsi Leyla Məmmədova qaliblər üçün nəzərdə tutulan mükafatları tələbələrin nəzərinə çatdırıb.

Digər tərəfdaş, “GoSport” idman malları mağazaları şəbəkəsinin nümayəndəsi Nikita Sokolov isə qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barəsində tələbələrə məsləhətlərini verib.

Ən sonda çıxış edən “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov marafona hazırlıq mərhələsi və hər həftə keçirilən təlimlər barəsində danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xatırladaq ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu - 2017” 30 aprel saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib

15 May 2018 Press-relizlər
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Ətraflı Oxu

"Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir

03 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir. Bu dəfə marafon icraçıları və tərəfdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində, ardınca Azərbaycan Texniki Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 250-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

“Bakı Marafonu - 2018” Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdü

02 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in icraçıları və tərəfdaşları aprelin 2-də Bakı Slavyan Universiteti, ardınca Azərbaycan Dillər Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 600-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar