“Bakı Marafonu 2017” ikinci təlim həftəsini geridə qoydu

“Bakı Marafonu 2017” ikinci təlim həftəsini maraqlı, bir o qədər də xeyirli və lazımlı məşqlərlə geridə qoydu. Martın 4-də “Port Baku”da yerləşən “Go Sport” idman malları mağazasında marafonun növbəti təlim-məşqi keçirildi.

Saat 13:00-da baş tutan məşqdə “Bakı Marafonu - 2016”nın qalibi Namiq Əsədov qapalı məkanda qaçışdan əvvəl və sonra ayaq, qol və sinə əzələlərini möhkəmləndirməkdən ötrü marafon iştirakçılarının edə biləcəkləri bir sıra qüvvətləndirici hərəkətlər göstərdi.

Növbəti gün, martın 5-də, saat 09:00-da isə Namiq Əsədov marafon iştirakçılarını açıq hava məşqləri üçün Heydər Əliyev Mərkəzinin önündə topladı. Təlimə qatılan iştirakçılar “Bakı Marafonu 2017”nin ən  çətin marşrutunu birlikdə sınaqdan keçirdilər.

Hər kəs üçün açıq olan təlimin keçirilməsində məqsəd “Bakı Marafonu 2017”də iştirak edəcək marafonçuların fiziki və psixoloji hazırlığını artırmaq, onların daha uğurlu nəticələr əldə etmələri üçün şərait yaratmaq və iştirakçılara dəstək olmaqdır.  

Məlumat üçün deyək ki, hər həftənin şənbə və bazar günləri Namiq Əsədov bütün marafon iştirakçılarına pulsuz təlim-məşqlər keçirir. Qapalı məkan üçün nəzərdə tutulan məşqlər “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Go Sport” idman malları mağazasında baş tutur. Dənizkənarı bulvarda isə hər həftənin bazar günü açıq hava məşqləri təşkil olunur.

Qeyd edək ki, marafonun rəsmi feysbuk (https://www.facebook.com/bakumarathon) və “instagram” (https://www.instagram.com/bakumarathon/ ) səhifəsində onlayn formada marafona hazırlığa start verilib. Belə ki, idmançıların qidalanması, məşq cədvəli, marafona psixoloji hazırlıqları, tibbi məsləhətlər gündəlik olaraq sosial şəbəkədə yerləşdirilir.

Xatırladaq ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu 2017” 30 aprel saat 10:00-da start götürəcək. İkinci dəfə “Küləyə qalib gəl” şüarı altında keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirəcək.


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” başlayır

01 Mar 2019 Press-relizlər
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Ətraflı Oxu

Bakı Marafonu - 2018

17 May 2018 Foto
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
Ətraflı Oxu

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib

15 May 2018 Press-relizlər
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar