Bakı Marafonunda 500-dən çox əcnəbi qaçdı

Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən marafona səhər saat 10-da Dövlət Bayrağı Meydanından start verildi.

Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, Bakıda yaşayıb-çalışan 500-dək əcnəbi qoşulmuşdu. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında idi.

Marafonda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən nümayəndələr iştirak edirdi.

BP-nin Azərbaycandakı prezidenti Qordon Birrel Marafon haqqında danışdı: "Bu şəhər üçün çox yaxşıdır, burada BP-dən əməkdaşlar var. Biz Bakınınən qəşəng yerləri ilə qaçacağıq, belə tədbirin keçirilməsi çox gözəldir".

Qeyd edək ki, yarışın finiş xətti və medal təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda keçirildi. Marafonda kişilər arasında finişə Namiq Əsədov birinci, Gürcüstan vətəndaşı Georqi Dameniya ikinci və Tural Sadıxlı isə üçüncü çatdı. Qadınlar arasında Rahidə Aslanova birinci, Nataşa Pitersen (Böyük Britaniya) ikinci, Rəqsanə Rəcəbli isə finişi üçüncü başa vurdu. Birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə təltif olundu.

Marafon günü Bakı Olimpiya Stadionunda təşkil olunan fan-zonalar hər kəs üçün açıq idi. Uşaqlar və böyüklər üçün 20-dən çox əyləncə növü – futbol, lotereya oyunları, mini-sirk, animatorlar və konsert 20 min kvadrat metr ərazidə təşkil edilmişdi. Bakı Olimpiya Stadionunda, həmçinin Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi Volkicar şou təqdim olunurdu.

Bu cür marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib

15 May 2018 Press-relizlər
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Ətraflı Oxu

"Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir

03 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir. Bu dəfə marafon icraçıları və tərəfdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində, ardınca Azərbaycan Texniki Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 250-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

“Bakı Marafonu - 2018” Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdü

02 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in icraçıları və tərəfdaşları aprelin 2-də Bakı Slavyan Universiteti, ardınca Azərbaycan Dillər Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 600-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar