Bakı Marafonunun İnsanları: Atletika üzrə hakim Tural Sadıqlı

Marafonda qaçıram, çünki... buna həvəsim var, qaçış idman növünü sevirəm. Üstəlik, qaçış həm də sağlamlıqdır.

Mən niyə qaçıram? Atama görə. Azərbaycanda yarımarafon rekordu atama məxsusdur. Bundan əlavə, bir neçə məsafə üzrə qaçış rekordu da atamın ayağına yazılıb. Elə atam məni qaçışa həvəsləndirdi və 10 yaşımdan qaçmağa başladım.

Mənə motivasiya verən, qaçmağa həvəsləndirən təkcə atam deyil. Dünya səviyyəli idmançıların videolarını izləyirəm, onların yarışlarından ruhlanıram. Məsələn, Hüseyn Bolt.

Yarış meydanında heç kimi özümdən zəif görmürəm. Bütün rəqibləri güclü sayıram. Ona görə də bütün rəqiblərə qalib gəlməyə çalışıram.

Bəzən məni finiş xəttindən uzaqlaşdıran "bəsdir, istəmirəm" anları da olur. Deyirlər ki, yorulanda 3 şeyi yadınızda saxlayın və buna əməl edin: istəyirəm, etməliyəm, bacarıram. Bu 3 şeyi nəinki marafonda qaçanda, məşqlərdə də yadımda saxlayıram və əməl edirəm.

Əvvəllər Atletika Federasiyasının keçirdiyi yarışlarda iştirak edirdim. 1500 metr, 3000 metr məsafələr qaçırdım. Bundan əlavə, 10 kilometr kross qaçışlarda iştirak etmişəm. Fikirləşdim ki, Bakı Marafonunda da özümü sınayım. Sınadım və üçüncü oldum.

İki gün sonra “Bakı Marafonu 2017” başlayır. Hər kəsi bu idman bayramına qoşulmağa dəvət edirəm. Və əminəm ki, qısa müddətdə Bakı Marafonu Nyu York, İstanbul, Boston kimi marafon yarışları ilə bərabər tutulacaq.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib

05 May 2019 Xəbərlər
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib. Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub. 
Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 23 aprel

23 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 21 aprel

21 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar