Bakı Marafonunun İnsanları: Müasir mobil marketinq texnologiyaları üzrə məsləhətçi Fatimə Əliyeva

3-4 il bundan əvvəl hərdənbir belimdə ağrılar hiss edirdim. Bir az da depressiv idim. Düşündüm ki, qaçmaq həyatımı çox dəyişəcək, yeni rənglər qatacaq.

Bizi finiş xəttindən çox səbəblər, daha doğrusu, çox bəhanələr uzaqlaşdıra bilər. Amma bütün əngəllərimizin bir silahı var – güclü iradə.

Berlində keçirilmiş yarımarafonda iştirak edəndə oxşar hissləri keçirmişdim. Mədəmlə bağlı problemlər yaşayırdım, düşünürdüm ki, ən doğrusu yarışı dandırmaq olar. Sonra başa düşdüm ki, bizə mane olacaq problemlər hərdənbir qarşımıza çıxır və bu təsüadüfi “qonağı” cəld şəkildə yola salmaq lazımdır.

Məşq zamanı zədələnməkdən isə qorxmaq yox, onu önləməyi öyrənmək lazımdır. Fikrimcə, məşq yükünü yavaş-yavaş artırmaq və bədəni yükləmək yox, ağır məşqdən sonra bədəni dinləndirmək daha yaxşı olar. 

Sabah baş tutacaq Bakı Marafonu 2017-də də özümü sınayacağam. Özü də ilk dəfə. Buna görə çox həyəcanlıyam. Marafona gedən yol müntəzəm məşqlərdən başlayır. Mən hər gün qaçmıram, çalışıram ki, üzməyi və qaçmağı növbələşdirim. Ən əsası, əzmlə və həvəslə məşq etmək və prosesdən həzz almaqdır. Bakı Marafonu 2017-nin bir hissəsi olmaqdan zövq alaq!

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib

15 May 2018 Press-relizlər
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Ətraflı Oxu

"Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir

03 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir. Bu dəfə marafon icraçıları və tərəfdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində, ardınca Azərbaycan Texniki Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 250-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

“Bakı Marafonu - 2018” Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdü

02 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in icraçıları və tərəfdaşları aprelin 2-də Bakı Slavyan Universiteti, ardınca Azərbaycan Dillər Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 600-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar