Bakıda Olimpiya qaçış günü keçirilib

İyunun 24-də Bakıda Beynəlxalq Olimpiya Günü və Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 20 illiyinə həsr olunmuş Olimpiya qaçış günü keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hər il ölkəmizdə Beynəlxalq Olimpiya Günü münasibətilə qaçış gününün keçirildiyini diqqətə çatdırıb və bu tədbirin “İdman ili” çərçivəsində daha möhtəşəm təşkil edildiyini söyləyib. Bildirilib ki, bir aydan sonra London Yay Olimpiya Oyunlarına start veriləcək. Azərbaycan bu mötəbər yarışa 53 lisenziya qazanıb. Cari ildə digər əlamətdar hadisə isə MOK-un yaradılmasının 20 illiyinin tamam olmasıdır.

“Coca-Cola” MMC LTD şirkətinin market meneceri Qabil Əhmədov bildirib ki, ənənəvi Olimpiya qaçış gününün keçirilməsi Azərbaycanın Olimpiya hərəkatını həmişə dəstəkləməsini nümayiş etdirir. “Coca-Cola” MMC LTD Azərbaycanda sağlam və fəal həyat tərzini təbliğ edir.

Rəsmi hissə başa çatdıqdan sonra tədbir konsert proqramı və bədii gimnastika qrupunun nümunəvi çıxış ilə davam edib. 

Sonra Səməd Vurğun adına bağın yaxınlığında qaçışa start verilib. Yarışda 700-dən artıq idmançı iştirak edib. 

Müxtəlif yaş qrupu üzrə keçirilən yarışda qaliblərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. 

Qeyd edək ki, yarışda “Bakı Marafonu-2016”nın üçüncüsü və builki marafonun iştirakçısı Tural Sadıqlı, eləcə də iradəsi, həyat hekayəsi ilə hər kəsə örnək olacaq Elşən Quliyev fərqləniblər. "Bakı Marafonu -2017"nin fəxri iştirakçısı, olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov da yarışda iştirak edənlər sırasında olub.



"Bakı Marafonu - 2019" maarfonçuları hədiyyələrlə sevindirəcək

19 Apr 2019 Xəbərlər

“Bakı Marafonu-2019”un mükafatlandırması bir neçə kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Qeydiyyat prosesi başlayandan, martın 4-dən mayın 1-dək marafonda yalnız fiziki şəxs kimi 20 AZN ödəniş etməklə qeydiyyatdan keçənlər arasında lotereya təşkil ediləcək və şanslı 2 nəfərə hava daşınması üzrə “Bakı Marafonu-2019”un rəsmi tərəfdaşlarından olan Türk Hava Yolları tərəfindən istənilən Avropa ölkəsinə pulsuz gediş-dönüş bileti hədiyyə olunacaq. Lotereyanın qalibi mayın 2-də “Bakı Marafonu – 2019”un rəsmi feysbuk səhifəsində (https://www.facebook.com/bakumarathon/) canlı yayımlanacaq təsadüfi seçim əsasında müəyyən olunacaq. Qeyd edək ki, iştirakçılar gediş və dönüş arasındakı vaxt intervalını (mükafat yalnız 1 il ərzində keçərlidir) özləri təyin edə bilərlər. Eyni zamanda, viza müraciəti və digər xərclər qaliblərin özləri tərəfindən qarşılanmalıdır.

Hər il marafonda qeydiyyatdan keçən iştirakçıların böyük hissəsinin tələbələr olduğunu nəzərə olaraq, bu il Təşkilat Komitəsi onlar üçün də xüsusi mükafat təsis edib. Belə ki, finiş xəttini ilk keçən tələbələr (qadın və kişi kateqoriyası üzrə) Parisdə, Disneylənddə unudulmaz tətil yaşayacaqlar. 

Ətraflı Oxu

Marafonda qeydiyyatdan keçin, şirkətinizi İstanbul Marafonunda təmsil edin

19 Apr 2019 Xəbərlər
Ayrı-ayrı şirkətləri sağlam həyat tərzini dəstəkləməyə çağıran “Bakı Marafonu – 2019” korporativ iştirakçıları da unutmayıb. Belə ki, finiş xəttini ilk keçən korporativ iştirakçılar (qadın və kişi kateqoriyası üzrə) şirkətlərini İstanbul Marafonunda təmsil edəcəklər. Türk Hava Yolları tərəfindən təqdim olunacaq mükafat paketinə - gediş-dönüş bileti, İstanbul Marafonuna qeydiyyat daxildir. Digər xərclər isə qaliblərin özləri tərəfindən qarşılanmalıdır. 
Ətraflı Oxu

Marafonda qeydiyyatdan keçin, Disneylənddə unudulmaz tətil yaşayın!

19 Apr 2019 Xəbərlər
Hər il marafonda qeydiyyatdan keçən iştirakçıların böyük hissəsinin tələbələr olduğunu nəzərə olaraq, bu il Təşkilat Komitəsi onlar üçün də xüsusi mükafat təsis edib. Belə ki, finiş xəttini ilk keçən tələbələr (qadın və kişi kateqoriyası üzrə) Parisdə, Disneylənddə unudulmaz tətil yaşayacaqlar. “Azercell”in “GəncOl” paketi adından təqdim olunacaq mükafata 5 günlük səyahət, oteldə qalma xərcləri, eləcə də Disneyləndə giriş daxildir. Türk Hava Yolları isə qaliblərə gediş-dönüş biletini hədiyyə edəcək. Viza üçün müraciət və digər xərclər iştirakçıların özləri tərəfindən qarşılanmalıdır.  
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar