Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan marafon keçirilib


Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan 21 km məsafəyə yürüş keçirilib. Marafon yarışı “Baku Marafon Club” və “Baku runners” qacış klubunun təşkilatçılığı ilə baş tutub.

Yürüşdə “Moskva 2016”, “Paris 2017” beynəlxalq marafonlarının və "Bakı Marafonu - 2016-2017"nin  iştirakçısı Elşən Quliyev, Formula 1 üzrə Qran Prilərin keçirildiyi şəhərlərə gedərək, marafon yürüşü edən polşalı Marçin Sozska,eləcə də  yerli və əcnəbi vətəndaşlar iştirak ediblər.


Marafonun marşrutu Fəvvarələr meydanından başlayaraq, İçərişəhər qala divarları boyunca "Azneft" dairəsinə, oradan isə Bayraq Meydanından Su İdman Sarayına və əksinə olub. Finiş xəttini M.Sozska ilə Tural Sadıqlı eyni anda keçiblər.


M.Sozska bundan sonra keçiriləcək “Bakı Marafon”ununda da iştirak edəcəyini söyləyib: “Bakıda bu qədər atletin mənə dəstək verməsi inanılmazdır. Çox müsbət emosiya və bir daha bura gəlmək arzusuyla Bakıdan ayrılıram. Burada özümə çoxlu idmançı dostlar qazandım. Onlardan Firdovsi Kərimov, Renato Rakoviş və Elşən Quliyevlə Moskva marafonunu bərabər qaçmışıq. Bakıda keçiriləcək marafon yarışlarında mütləq iştirak edəcəyəm”.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib

15 May 2018 Press-relizlər
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Ətraflı Oxu

"Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir

03 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir. Bu dəfə marafon icraçıları və tərəfdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində, ardınca Azərbaycan Texniki Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 250-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

“Bakı Marafonu - 2018” Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdü

02 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in icraçıları və tərəfdaşları aprelin 2-də Bakı Slavyan Universiteti, ardınca Azərbaycan Dillər Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 600-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar