Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib.


Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub. 

Marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak ediblər. Eyni zamanda, müxtəlif təşkilat və şirkətin təmsilçiləri korporativ iştirakçı kimi qeydiyyatdan keçiblər.

Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub.

Azərbaycanın Astara, Gəncə, Qəbələ, Quba, Qusar, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şamaxı, Şəki, Oğuz, Zaqatala və digər bölgələrindən də yarışda iştirak ediblər.

Builki marafon bir sıra yeniliklərin tətbiqi ilə də yadda qalıb. Bunlardan ən əhəmiyyətlisi ilk dəfə çip (xronometraj) sisteminin tətbiq olunmasıdır. Belə ki, yarışçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirilib. Sistemin tətbiqi marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək və iştirakçıya elektron sertifikat əldə etmək imkanı qazandıracaq.
Marafonun startında ilk dəfə olaraq “məşq zonası” yaradılıb və səhnədən isinmə hərəkətləri nümayiş etdirilib.

Marşrut boyu müxtəlif maraqlı əyləncəli proqramlar təqdim olunub, marafonçuları DJ və aparıcılar, barabançılar müşayiət edib.

Qaliblərin mükafatlandırma mərasimi finiş zonasında - Bakı Olimpiya Stadionunda keçirilib.

Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxanlar isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.

Kişilər arasında uqandalı atlet İsmail Ssenyange birinci, İran təmsilçisi Məhəmməd Cəfər Moradi ikinci, həmyerlimiz Elman Abışov isə üçüncü yerə sahib çıxıb. Qadınların arasında isə ukraynalı Valentina Poltavskaya, şotlandiyalı Suzanne Matonti və Azərbaycan təmsilçisi Anna Yusupova müvafiq olaraq I-III yerləri tutublar.


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib

05 May 2019 Xəbərlər
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib. Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub. 
Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 23 aprel

23 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 21 aprel

21 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar