"Küləyə qalib gəl"ənlərin adları məlumdur

“Küləklər şəhəri” Bakıda çoxdan gözlənilən idman tədbiri “Bakı Marafonu-2016” başa çatdı. Bu il ilki keçirilən yarışa gözlənildiyindən daha çox sayda marafonçu qatıldı.

 

7000-dən çox insanın qeydiyyatdan keçməsi yarışa böyük marağın olmasından xəbər verirdi.

 

“Bakı Marafonu-2016”da təkcə Azərbaycan vətəndaşları deyil, həm də xarici ölkələrdən gələnlər də iştirak edirdilər.

 

21 kilometrlik marafon məsafəsini ən tez qət edən Namiq Əsədov oldu. Gürcüstan vətəndaşı Georqi Dameniya bu vəzifənin öhdəsindən ikinci gəldi. Finişi üçüncü Tural Sadıxlı keçdi.

 

Qadınlar da “Bakı Marafonu 2016”da yaxşı nəticələr göstərdilər. Onlar arasında Rahidə Aslanovabirinci, Böyük Britaniya vətəndaşı Nataşa Pitersen ikinci, Rəqsanə Rəcəbli isə finişi üçüncü tamamladı.

 

Birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə təltif olundu.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib

15 May 2018 Press-relizlər
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Ətraflı Oxu

"Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir

03 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir. Bu dəfə marafon icraçıları və tərəfdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində, ardınca Azərbaycan Texniki Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 250-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

“Bakı Marafonu - 2018” Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdü

02 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in icraçıları və tərəfdaşları aprelin 2-də Bakı Slavyan Universiteti, ardınca Azərbaycan Dillər Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 600-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar