Wings for Life World Run - Xeyriyyə Qaçışı

Wings for Life World Run - xeyriyyə qaçışıdır, yığılmış vəsaitlər onurğa beyininin travmalarının müalicəsinin üsullarının tədqiqatı ilə məşğul olan Wings for Life fonduna köçürüləcək. Dünya qaçışının startı Bakı vaxtı ilə 15:00-da baş tutacaq. Hər bir iştirakçı üçün qaçış o vaxt bitir, nə vaxt ki, xususi avtomobil onu ötüb keçir.

Sənə ən yaxın olan Wings for Life World Run qaçışı Gürcüstanda, Kaxeti diyarında keçəcək. Qeydiyyatdan keçərək qonşu ölkədəki qaçışa qatıla bilərsən və ya Selfie Run əlavəsini öz mobil telefonuna yükləyib 8 may tarixində Bakı vaxtı ilə 15:00-da istənilən yerdə bütün dünya ilə birlikdə qaçıb on minlərlə Wings for Life World Run iştirakçılarından biri ola bilərsən.

Bakı Marafonun qalibləri Red Bull şirkəti tərəfindən hədiyyə olaraq 8 mayda Gürcüstanda keçiriləcək Wings for Life World Run qaçışında iştirak etmək fürsətini əldə edirlər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib

15 May 2018 Press-relizlər
Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.
Ətraflı Oxu

"Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir

03 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in universitetlərdə tələbələrlə görüşü davam edir. Bu dəfə marafon icraçıları və tərəfdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində, ardınca Azərbaycan Texniki Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 250-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

“Bakı Marafonu - 2018” Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdü

02 Apr 2018 Xəbərlər
“Bakı Marafonu - 2018”in icraçıları və tərəfdaşları aprelin 2-də Bakı Slavyan Universiteti, ardınca Azərbaycan Dillər Universitetində tələbə və müəllim heyəti ilə görüşüb. Görüşdə 600-dən çox tələbə iştirak edib.

Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar