İştirak qaydaları

İştirak  qaydaları

 
1.1  Yarışda 16 və daha yuxarı yaşda olan şəxslər iştirak edə bilərlər. 
1.2 İştirakçının yarış nömrəsi onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verir və dəyişdirilə, əvəz edilə, başqa şəxsə satıla bilməz. Yarış nömrələrinin satılması, dəyişdirilməsi qadağandır və bu, baş verdiyi halda, iştirakçının yarışdan kənarlaşdırılması və ya gələcək tədbirlərə buraxılmaması ilə nəticələnə bilər.  
1.3 Qeydiyyat prosesi yarışın internet səhifəsində elan olunacaq vaxtda bitir. Qeydiyyat vaxtından sonra istisna hallar mümkün deyil. Yalnız təşkilatçılar yarış vaxtını dəyişmək haqqına sahibdirlər.  
1.4 Yarış günü iştirakçılar spirtli içki və narkotik maddələrin təsiri altında olmamalıdırlar.

İştirakçının yarışa buraxılmaması


2.1 Start xəttinə vaxtında gələ bilməyən istənilən iştirakçı yarışa buraxılmır və etdiyi ödəniş geri qaytarılmır.


Yarışın ləğvi və dəyişdirilməsi


3.1 Təşkilatçılar istənilən vaxt yarışın vaxtını dəyişə bilərlər. Dəyişikliklər, məsələn, start vaxtının dəyişdirilməsi və s. iştirakçılarla əvvəlcədən razılaşdırılır.

Kənarlaşdırılma


4.1 Nəzarətçilər qayda və şərtləri pozduğu halda istənilən iştirakçını yarışdan kənarlaşdıra bilərlər.  
4.2 Kənarlaşdırma aşağıdakı hallarda ola bilər:
- İştirakçı öz nömrəsini başqa yarışçı ilə təşkilatçının əvvəlcədən razılığı olmadan dəyişdirərsə;
-  İştirakçı təyin olunmuş marşrutdan kənara çıxarsa;
- İştirakçı yarış rəsmisinin göstərişlərinə əməl etməzsə və ya yarış rəsmisi, könüllülər, yaxud tamaşaçılara qarşı təhqiramiz hərəkət və ifadələrdən istifadə edərsə.
 

Yarış günü


5.1 İştirakçılar yarışdan əvvəl, yarış vaxtı və yarışdan sonra bütün yarış rəsmiləri, eləcə də heyət, könüllülər, tibbi heyət, mühafizə və şəhər rəsmiləri tərəfindən verilən göstərişlərə əməl etməlidirlər.  
5.2 Hər bir iştirakçı köynəyin ön tərəfinə yazılan və bütün yarış boyu görünən yarış nömrəsi ilə təmin olunmalıdır. 
5.3 İştirakçılar yarış təşkilatçılarını sağlamlıq problemləri və ya qəbul etdikləri dərmanlar barədə xəbərdar etməlidirlər.
5.4 İştirakçılar yarışa rəsmi elan olunmuş start vaxtında başlamalıdırlar.


Öhdəlik


6.1 Yarışda iştirak iştirakçının şəxsi riskidir. 
6.2 Təşkilatçı itən əşyalara, dəymiş ziyana cavabdeh deyil. 
6.3 Təşkilatçı iştirakçıya üz verən itkiyə və ya dəymiş ziyana görə məsuliyyət daşımır.
6.4 Təşkilatçı tamaşaçıların və üçüncü tərəfin davranışına cavabdeh deyil. 
6.5 Təşkilatçı yarış günü verilən ərzaq və içki məhsullarından yaranan hallara (allergiya və s.) görə məsuliyyət daşımır. 

Qadağan olunan əşyalar


-Təhlükə yarada biləcək və ya “ikili istifadəsi” mümkün olan əşyalar təhlükəli hesab oluna bilər; məsələn, çəkic, mişar, itiuclu, kəsici alətlər və s.;  
-Tez alışan mayelər, yanacaq, fişəng, zəhərli kimyəvi və partlayıcı maddələr; 
-Böyük bağlamalar; 
-Qeyri-şəffaf zibil qutuları və plastik qablar;  
-Heyvanlar/ev heyvanları; 
-Qatlanan stullar, bükülən düşərgə stulları və istənilən növ masalar;  
-Bir litrdən çox tutumu olan maye qabları; 
-Çamadanlar və diyircəkli çamadanlar.


Marafonda iştirak üçün ödəniş

 
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilər. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.



Qeydiyyat nöqtələri


Marafona qatılmaq üçün Bakının təyin olunmuş ticarət mərkəzlərində yerləşdirilmiş məntəqələrdə (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyatdan keçə bilərsiniz.   

Qeydiyyat zamanı üzərinizdə şəxsiyyət vəsiqəsinin (tələbələr üçün həm də tələbə vəsiqəsinin) olması mütləqdir.

Onlayn qeydiyyat üçün isə www.bakumarathon.az saytında “qeydiyyat” bölməsinə daxil olun, yarışa qatılmaq üçün sizə uyğun paketi seçin və qeydiyyatdan keçin.


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib

05 May 2019 Xəbərlər
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib. Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub. 
Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 23 aprel

23 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 21 aprel

21 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar