Marafonun tarixi

Marafon qaçışı - idman yarışlarının kütləvi növlərindən biridir. Dünyanın dörd bir tərəfində keçirilən məşhur marafon yarışları müxtəlif yaşda insanları start xəttində toplayır. 

Marafon - 42 kilometr 195 metr məsafədə qaçışı nəzərdə tutan yüngül atletika növüdür. Son zamanlar əsas məsafədən əlavə, digər məsafələr üzrə də qaçışlar keçirilir: yarımarafon (21, 097 kilometr), 5 kilometrlik qaçış, uşaq marafonu və s. 

Marafon 1896-cı ildən Olimpiya oyunlarında kişilər, 1984-cü ildən isə qadınlar arasında yüngül atletika proqramına daxil edilib.   
Marafon sözünün tarixi antik dövrlərə gedib çıxır. Əfsanəyə görə, Fidippid adlı yunan döyüşçü 490-cı ildə Marafon döyüşündən sonra dayanmadan Afinaya qədər qaçıb və qələbə xəbərini şəhərə çatdırandan sonra yıxılaraq ölüb. Herodota görə isə Fidippid Afinadan Spartaya yardım üçün göndərilmiş döyüşçü idi və o, 2 gündən az bir vaxtda 230 kilometr məsafəni qət etmişdi. 

1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsi Marafon döyüşünün baş verdiyi ərazidən Afinaya qədər həqiqi məsafəni ölçüb və onun 34,5 kilometr olduğu müəyyən edilib. 1896-cı ildə keçirilən ilk müasir Olimpiya oyunlarında və 2004-cü ilin Olimpiya oyunlarında marafon qaçışı Marafon düzənliyindən Afinaya qədər olan məsafə üzrə keçirilib.   

Bu qaçışın təşkil edilməsi ideyasını isə ilk dəfə 1896-cı ildə fransız filoloq Mişel Breal irəli sürüb. Təşəbbüsü müasir Olimpiya oyunlarının əsasını qoyan Pyer de Kuberten və digər yunan təşkilatçılar da dəstəkləyiblər. 

İlk marafon qaçışında məsafəni 3 saat 18 dəqiqəyə qət edən Harilaos Vasilakos qalib gəlib.  Marafon qaçışını idman azarkeşləri çox sevir. Ona görə də yüngül atletika üzrə yarışlar məhz marafon qaçışının keçirilməsi ilə bitir. İlk Olimpiya oyunlarında kişilər arasında marafon qaçışı yüngül atletika üzrə proqramın yekun hissəsi hesab olunur. 2004-cü ildə Afinada keçirilən Olimpiya oyunlarında isə bu ənənəyə sadiqlik bir daha nümayiş etdirilib.


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib

05 May 2019 Xəbərlər
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib. Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub. 
Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 23 aprel

23 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 21 aprel

21 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar