Məsləhətlər

Tibbi məsləhətlər


İştirak etmək üçün kifayət qədər sağlamsınızmı?  

Marafonda iştirak və bu məqsədlə etdiyiniz məşqlərin sağlamlığınız üçün böyük faydaları var. Bu, həmçinin ciddi və təhlükəsiz yanaşma tələb edən böyük fiziki sınaqdır.
Sizin marafona düzgün hazırlaşmağınız və məşq proqramına əməl etməyiniz çox vacibdir.  Kardioloji problemlər, astma və ya diabet kimi xəstəlikləriniz varsa, yarış günü uzun məsafəyə qaça bilib-bilmədiyinizi və ya məşq etməyə uyğun olub-olmadığınızı öyrənmək üçün həkiminizlə məsləhətləşməyiniz vacibdir. Həkim sizin qaçmamağınızı məsləhət görərsə, bununla razılaşmalısınız.


Təlim məsləhətləri


Marafon qaçışı: məşq üçün məsləhətlər

Marafona hazırlıq çoxlu vaxt, intizam və öhdəlik tələb edir. Burada mütəxəssislərin sizin məşqinizə kömək edəcək bəzi məsləhətləri var. Unutmayın, sizin finiş xəttinə nə qədər tez çatacağınız deyil, zədələnməməyiniz və yarışdan zövq almağınız daha vacibdir. 

Yeni başlayan, orta səviyyəli və təcrübəli qaçışçılar üçün müxtəlif effektiv və detallı məşq planları mövcuddur. Tibbi idman mütəxəssisi sizə uyğun olan xüsusi məşq planı hazırlamağa kömək edə bilər. “Bakı Marafonu - 2019”un rəsmi feysbuk səhifəsini* izləməklə, marafon gününə tam və peşəkar səviyyədə hazırlaşa bilərsiniz.

Marafon əsas qaçış yarışı olduğundan, bədəninizin bu sınağa hazırlığına əmin olmağınız çox vacibdir.

*https://www.facebook.com/bakumarathon


Asan və çətin məşq günlərini növbələşdirin


Fərdi məşq cədvəliniz sizin səviyyənizdən asılı olacaq. Buna baxmayaraq, bütün qaçışçılar üçün əsas bir prinsip var: asan məşq günlərini çətin məşq günləri ilə növbələşdirmək. Məsələn, siz bir məşq günü buraxsanız, ardıcıl iki çətin məşq günü keçirməməlisiniz.

Birlikdə qaçın


Bəzi insanlar tək qaçmağa üstünlük versə də, marafona hazırlaşan yoldaş və ya qrup tapmaqla siz həm dəstək və məsləhət ala bilərsiniz, həm də yarışa daha həvəslə və şövqlə hazırlaşarsınız.    


İsinmə və soyuma hərəkətləri


İsinmə və soyuma hərəkətləri istənilən qaçışın əsas hissəsidir və nəzərdən qaçırılmamalıdır. Doğru qızınma və və soyuma hərəkətləri etməklə, siz zədələrin qarşısını ala, məşqlərdə və yarışda ən yaxşı nəticə əldə edə bilərsiniz.

Doğru ayaqqabı və qaçış təchizatı


Məşq zamanı qaçış ayaqqabılarınızın yüksək keyfiyyətli olmasına əmin olun. Əksər qaçış ayaqqabıları 800 kilometr məsafə qət edə bilir və bu məsafədən sonra dəyişilməlidir. Köhnə qaçış ayaqqabılarını geyinməyiniz zədələnməyinizlə nəticələnə bilər. Bundan əlavə, siz corab geyinməlisiniz. Bu, ayaqlarınızda ağrılı qabarların yaranmasının qarşısını alacaq.  
Qaçış üçün geyinərkən hava proqnozuna diqqət yetirməlisiniz. Qalın geyinərək, bədənizin susama riskini artıra və bədəninizin doğru soyumasına mane ola bilərsiniz. Odur ki, qaçış günü nazik geyinməyiniz məsləhətdir.  
Bundan əlavə, marafon günü geyinməyi planlaşdırdığınız idman ayaqqabıları, corab və geyimlərdə əvvəlcədən məşq etmək vacibdir.
Siz bununla planlaşdırılmamış çətinlik və narahatlıqların qarşısını almış olursunuz.

Maye və qidanın qəbul edilməsi


Maye və qidanın qəbul edilməsi sizin məşqlərdə və yarışda uğur qazanmağınız üçün çox vacib amildir. Qaçış 90 dəqiqədən çox davam edərsə, maye qəbul etməlisiniz. Maye qəbul etmək üçün susamağınızı gözləməyin. Susadığınız an artıq bədəninizdə su bitmiş olur.

Bədəninizin nə qədər maye tələb etdiyini öyrənməyin sadə yolu uzun qaçışdan əvvəl və sonra çəkinizi yoxlamaqdır. Bədən çəkiniz 2%-dən çox aşağı düşərsə, deməli lazımi miqdarda maye qəbul etməmisiniz.  Bundan əlavə, 90 dəqiqə və ya daha çox davam edən məşq və qaçış zamanı qida qəbulunu da planlaşdırmalısınız. Şokolad, meyvə və s. enerjinizi artırmaq üçün yaxşı seçimlərdir. Məşq zamanı hansı miqdarda və kombinasiyada qida və mayenin sizə uyğun olduğunu yoxlamaq faydalıdır. Beləcə siz doğru miqdarı və kombinasiyanı marafon günü də təkrarlaya bilərsiniz.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib

05 May 2019 Xəbərlər
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib. Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub. 
Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 23 aprel

23 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 21 aprel

21 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar