Mükafatlar

“Bakı Marafonu - 2017” yarışının mükafatlandırma mərasimi iki kateqoriyada həyata keçiriləcək. Belə ki, marafonun kişi və qadın iştirakçıları  ilk 3 yer uğrunda qaçış zolağında mübarizə aparacaqlar. 


“Bakı Marafonu -2017” yarışının mükafatlandırma mərasimi iki kateqoriyada baş tutacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda qaçış zolağında mübarizə aparacaqlar.
Marafon yarışında təşkilatçılar kişi və qadın kateqoriyalarının hər birində
-Birinci yerin qalibini 3 000 AZN,
-İkinci yerin qalibini 2 000 AZN,
-Üçüncü yerin qalibini isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif edəcəklər.

Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 marafon iştirakçısı olmaqla, marafon yarışında dördüncü pillədən başlayaraq altıncı pilləyə kimi qərarlaşan 6 nəfərə 1 nəfərlik uçuş bileti hədiyyə ediləcək. Qaliblər Avropa daxilində istədikləri ölkəni seçəcəklər və onlara seçdikləri ölkələrə müvafiq uçuş bileti təqdim olunacaq.

Yeddinci və səkkizinci yerin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.

Qeyd edək ki, bütün marafon iştirakçılarına, eləcə də marafon yarışının təşkil olunmasında əməyi və zəhməti keçən könüllülərə təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunacaq.

Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan marafon keçirilib

05 Jul 2017 Xəbərlər
Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan 21 km məsafəyə yürüş keçirilib. Sportinfo.az xəbər verir ki, marafon yarışı “Baku Marafon Club” və “Baku runners” qacış klubunun təşkilatçılığı ilə baş tutub.
Ətraflı Oxu

Bakıda Olimpiya qaçış günü keçirilib

05 Jul 2017 Press relizlər
İyunun 24-də Bakıda Beynəlxalq Olimpiya Günü və Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 20 illiyinə həsr olunmuş Olimpiya qaçış günü keçirilib.

Ətraflı Oxu

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!


Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar