• START

    Dövlət Bayrağı Meydanı

  • FİNİŞ

    Bakı Olimpiya Stadionu

  • MƏSAFƏ

    21 kilometr

  • AVTOBUS DAYANACAĞI

    İştirakçıların aparılması üçün

  • SU

    Marşrut boyu

  • TİBBİ YARDIM

    Marşrut boyu

  • SANİTAR QOVŞAĞI

    Marşrut boyu kabinələr

  • QİDA

    Meyvə və çərəzlər

Marşrut

Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Bakı öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Cənubi Qafqazda ən böyük şəhərdir. Şəhərin qədim tarixi rəmzləri olan Şirvanşahlar Sarayı kompleksi, İçərişəhər və Qız qalası 2000-ci ildə YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Bakı  2015-ci ilin yanvarında "New York Times" qəzetinin dünyanın ən gəzməli 52 şəhəri siyahısında yer alıb.

 
Bakı Azərbaycanın elmi, mədəni və sənaye mərkəzidir. Bundan əlavə, Bakı həm də “küləklər şəhəri” kimi tanınır.  Məlumata görə, ötən əsrin əvvəllərində güclü külək və toz əlindən Bakının küçələrində gəzmək mümkün deyildi, hazırda isə Bakı sərin havası və rahat həyat tərzi ilə seçilən şəhərə çevrilib.
 
Mayın 13-də Bakıda üçüncü dəfə keçiriləcək marafonun marşrutu Bakının həm müasir, həm də qədim hissələrindən keçməklə yarışı iştirakçılar üçün daha maraqlı edəcək. “Bakı Marafonu - 2018” Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
 
Marşrutun start nöqtəsi olan Dövlət Bayrağı Meydanının açılışı 2010-cu ildə olub və artıq bura şəhərin əsas görməli yerlərindən biri hesab edilir. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
 
Hündürlüyü 162 metr olan bayraq dayağı bu göstəricisinə görə dünyada ikinci yerdədir. İştirakçılar yuxarıda qeyd edilən start nöqtəsindən, Dənizkənarı Milli Parkın yeni tikilmiş hissəsidən başlayaraq, Neftçilər prospekti boyunca təxminən 6 kilometr məsafə qət edəcəklər. Marşrutun bu hissəsi şəhərin həm qədim (İçərişəhər, Qız qalası), həm də müasir məkanlarını əhatə edir.
 
Bu gözəl kontrastın və sahil zolağının fonunda 6 kilometr məsafə qət etdikdən sonra iştirakçılar Yusif Səfərov küçəsi ilə hərəkət edəcəklər. İştirakçılar Müasir İncəsənət Muzeyi və Ali Məhkəmənin binalarının yerləşdiyi bu küçə ilə təxminən 2 kilometr qaçdıqdan sonra marşrutun yekun və ən çətin hissəsi başlayır. Marşrutun bu hissəsində əsrarəngiz arxitektur quruluşu olan, müasir dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzi yerləşir. Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin binası dünyada müasir Bakının simvolu kimi tanınır və 2014-cü ilin iyununda nüfuzlu London Dizayn Muzeyinin “İlin dizaynı 2014” mükafatı ilə təltif olunub.
 
Marafon məsafəsinin təxminən yarısını təşkil edən bu yekun hissə Heydər Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər davam edir. Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmiş Bakı Olimpiya Stadionu UEFA, FİFA və IAAF-nın beynəlxalq standartlarına uyğun dizayn edilib və inşa olunub. 68700 tamaşaçı tutumu olan bu stadion beynəlxalq mətbuatda Qafqazın “Allianz Arena”sı kimi təqdim edilib.
 
Bakı Olimpiya Stadionu Azərbaycanın və Qafqazın ən böyük stadionu, dünyanın 7-ci ən yaxşi idman arenasıdır. Qeyd edək ki, stadion UEFA U-17 Avropa çempionatına və "Qarabağ"ın Çempionlar Liqasındakı ev oyunlarına ev sahibliyi edib. Bakı Olimpiya Stadionu 2019-cu ildə UEFA Çempionlar Liqasının final matçına,  eləcə də  2020-ci il futbol üzrə Avropa çempionatının 4 oyununa da ev sahibliyi edəcək. Şübhəsiz ki, bu tədbirlərin Bakıda keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

"Bakı Marafonu - 2019" maarfonçuları hədiyyələrlə sevindirəcək

19 Apr 2019 Xəbərlər

“Bakı Marafonu-2019”un mükafatlandırması bir neçə kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Qeydiyyat prosesi başlayandan, martın 4-dən mayın 1-dək marafonda yalnız fiziki şəxs kimi 20 AZN ödəniş etməklə qeydiyyatdan keçənlər arasında lotereya təşkil ediləcək və şanslı 2 nəfərə hava daşınması üzrə “Bakı Marafonu-2019”un rəsmi tərəfdaşlarından olan Türk Hava Yolları tərəfindən istənilən Avropa ölkəsinə pulsuz gediş-dönüş bileti hədiyyə olunacaq. Lotereyanın qalibi mayın 2-də “Bakı Marafonu – 2019”un rəsmi feysbuk səhifəsində (https://www.facebook.com/bakumarathon/) canlı yayımlanacaq təsadüfi seçim əsasında müəyyən olunacaq. Qeyd edək ki, iştirakçılar gediş və dönüş arasındakı vaxt intervalını (mükafat yalnız 1 il ərzində keçərlidir) özləri təyin edə bilərlər. Eyni zamanda, viza müraciəti və digər xərclər qaliblərin özləri tərəfindən qarşılanmalıdır.

Hər il marafonda qeydiyyatdan keçən iştirakçıların böyük hissəsinin tələbələr olduğunu nəzərə olaraq, bu il Təşkilat Komitəsi onlar üçün də xüsusi mükafat təsis edib. Belə ki, finiş xəttini ilk keçən tələbələr (qadın və kişi kateqoriyası üzrə) Parisdə, Disneylənddə unudulmaz tətil yaşayacaqlar. 

Ətraflı Oxu

Marafonda qeydiyyatdan keçin, şirkətinizi İstanbul Marafonunda təmsil edin

19 Apr 2019 Xəbərlər
Ayrı-ayrı şirkətləri sağlam həyat tərzini dəstəkləməyə çağıran “Bakı Marafonu – 2019” korporativ iştirakçıları da unutmayıb. Belə ki, finiş xəttini ilk keçən korporativ iştirakçılar (qadın və kişi kateqoriyası üzrə) şirkətlərini İstanbul Marafonunda təmsil edəcəklər. Türk Hava Yolları tərəfindən təqdim olunacaq mükafat paketinə - gediş-dönüş bileti, İstanbul Marafonuna qeydiyyat daxildir. Digər xərclər isə qaliblərin özləri tərəfindən qarşılanmalıdır. 
Ətraflı Oxu

Marafonda qeydiyyatdan keçin, Disneylənddə unudulmaz tətil yaşayın!

19 Apr 2019 Xəbərlər
Hər il marafonda qeydiyyatdan keçən iştirakçıların böyük hissəsinin tələbələr olduğunu nəzərə olaraq, bu il Təşkilat Komitəsi onlar üçün də xüsusi mükafat təsis edib. Belə ki, finiş xəttini ilk keçən tələbələr (qadın və kişi kateqoriyası üzrə) Parisdə, Disneylənddə unudulmaz tətil yaşayacaqlar. “Azercell”in “GəncOl” paketi adından təqdim olunacaq mükafata 5 günlük səyahət, oteldə qalma xərcləri, eləcə də Disneyləndə giriş daxildir. Türk Hava Yolları isə qaliblərə gediş-dönüş biletini hədiyyə edəcək. Viza üçün müraciət və digər xərclər iştirakçıların özləri tərəfindən qarşılanmalıdır.  
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar