Tərəfdaşlar

 “Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir.   Marafon Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR-ın dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək. 


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib

05 May 2019 Xəbərlər
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilib. Marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olub. 
Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 23 aprel

23 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

"Baku Marathon Club" ilə məşq - 21 aprel

21 Apr 2019 Məşqlər
Xanımlar və cənablar, "Baku Marathon Club" ilə məşqlərə qoşularaq həm marafona hazırlaşa, həm də eksklüziv tərəfdaşımız Azercell-dən iki telefon qazana bilərsiniz!  Belə ki, məşqlərdə fəal olan iki iştirakçı "Baku Marathon Club"ın məşqçiləri tərəfindən seçiləcək və mükafatlandırılacaq.


Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar